İtaliyanın "Yuventus" klubu müdafiəçisi Radu Draquşin ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
19 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb. 
 
2018-ci ildən "Yuventus"da çıxış edən Radu, bu mövsüm Turin təmsilçisinin əsas komandasında 4 oyun keçirib. Draquşin Rumıniyanın gənclərdən ibarət yığmasında da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest