12 May 2025, 17:25
FUTBOL
PSJ-nin hücumçusu Qonçalo Ramos yayda komandadan ayrıla bilər.
Matc.az "CaughtOffside"a istinadən xəbər verir ki. Avropanın bir neçə klubu portuqalyalı futbolçunu transfer etmək istəyir.
"Arsenal","Mançester Yunayted", "Aston Villa", "Yuventus", "Napoli" və "Nyukasl" Ramosun xidmətində maraqlıdır. Paris klubu sərfəli təklif gələcəyi təqdirdə 23 yaşlı forvardı satmağa hazırdır.
Qeyd edək ki, PSJ Qonçalo Ramosu 2024-cü ilin yanvar ayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətndə keçirdiyi 38 oyunda 18 qol vurub, 6 qol ötürməsi verib.