Almaniyanın "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa klubunun müdafiəçisi Rafael Gerreyro zədələnib.
 
27 yaşlı futbolçu ötən gecə baş tutan Almaniya kubokunun 1/4 final mərhələsinin Münhenqladbax "Borussiya"sı ilə oyununda (1:0) sıradan çıxıb. Qarşılaşmanın 5-ci dəqiqəsində sol ayağından zədə alan və meydanı erkən tərk etmək məcburiyyətində qalan Gerreyronun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Portuqaliya milli komandasının da üzvü olan müdafiəçinin yığmanın martdakı oyunlarını buraxacağı gözlənilir. Portuqaliya millisi Dç-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycanla, 27-də Serbiya, 30-da isə Lüksemburqla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest