Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünə start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Səbail” doğma meydanda Birinci Divizion təmsilçisi “Zaqatala”nı sınağa çəkib. Komandalar ilk dəfə bu turnirdə üz-üzə gəliblər. Beş qolun qeydə alındığı matç “Səbail”in çətin qələbəsiylə yekunlaşıb. “Dənizçilər” növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu yanvarın 25-də gerçəkləşəcək. “Turan Tovuz” “Qəbələ”ni, “Sabah” “Kəpəz”i, “Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edəcək.

Azərbaycan Kuboku
1/8 final

24 yanvar

Səbail – Zaqatala 3:2
Qol: A.Yunanov, 26-pen. A.Nağıyev, 62. Ə.İsmayılov, 84 – R.İsmayılov, 31: 40.
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena”. 15:00.

Səbail: 96. Nikolas Hagen, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev (k), 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zaqatala: 1. Vüsal Şabanov, 4. Kənan Müslümov, 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 6. Aleksandr Şemonayev (k), 7. Bəhruz Teymurov, 14. Elçin Əlicanov, 2. Rüstəm Nuruyev, 17. Xəqani Sadıxov, 13. Ramin Əhmədov, 18. Əli Abdullayev.
Ehtiyat oyunçular: 12. Eldar Tərlanov, 15. Firuddin Mövsümov, 16. Ceyhun Rəcəbli, 11. Əsədulla Heydərov, 9. Xəlil Bəşirov, 19. Salman Ələsgərov, 3. Nicat Oruclu, 20. Elmar Rəhimov.
Baş məşqçi: Rüstəm Məmmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest