Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

Matc.az xəbər verir ki, yeni ilin ilk oyun günündə üç qarşılaşma baş tutub.

"Zirə" "Qəbələ"ni, "Səbail" isə "Neftçi"ni qəbul edib. "Zirə" doğma meydanda, "Neftçi" isə səfərdə inamlı qələbəyə sevinib.

Günün son matçında "Sabah"la "Qarabağ" üz-üzə gəlib. Ağdam klubu da yeni ildəki ilk rəsmi matçından qalib ayrılıb.

Tura sabah keçiriləcək "Keşlə" – "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
14-cü tur

21 yanvar

Zirə – Qəbələ 2:0
Qol: M.Qurbanlı, 45+1. D.Volkov, 90+3.
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov.
Zirə İdman Kompleksinin stadionu. Saat 16:00.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 1. Anar Nəzirov (k), 70. ülvi İsgəndərov, 14. Cavid Hüseynov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev.
Baş məşqçi: Elmar Baxşıyev.

Səbail – Neftçi 1:3
Qol: Ə.İsmayılov, 28-pen – S.Buqrin, 45; 90. E.Mahmudov, 50.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov.
ASCO Arena. Saat 16:00.

Səbail: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 1. Kamran Ağayev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 20. Mert çelik.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. ömər Buludov, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.

Sabah – Qarabağ 1:2
Qol: K.Kubemba, 60 – R.Məmmədov, 8. M.Emreli, 73.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov.
Bank Respublika Arena. Saat 18:00.

Sabah: 12. Alvaro Villete, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 13. Filip İvanoviç (k), 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rustam Samiqullin, 8. Elşən Abdullayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriqes, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest