Bu gün Avropa Klublar Birliyi işçi qrupunun iclası keçirilib.
 
Matc.az xəbər verir ki, işçi qrupunun sədr müavini, "Qarabağ"ın baş meneceri Asif Əsgərov da iclasda iştirak edib. 
 
İclasın bu günə təsadüf etməsi səbəbindən, Ağdam klubunun baş menecerinin təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.
 
Xatırladaq ki, işçi qrupunda "Barselona", "Borussiya" (Dortmund), "Bayer", "Yuventus", "Real", "Lester Siti",  "Ayaks", "Tottenhem", "Mançester Yunayted" və digər məşhur klubların nümayəndələri təmsil olunurlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest