O, Mahirə təklif olunan məbləği göstərməsə də, 25 yaşlı hücumçunun qarşı tərəfdən ilinə 200 min avro məvacib istədiyini iddia edib.

Polşanın "Zaqlembe" klubu "Qarabağ"ın futbolçusu Mahir Emreliyə sərfəli müqavilə təklif edib.
 
Matc.az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Kozminski "Tvitter" hesabında məlumat paylaşıb.
 
O, Mahirə təklif olunan məbləği göstərməsə də, 24 yaşlı hücumçuya görə "Qarabağ"ın qarşı tərəfdən 200 min avro təzminat istədiyini iddia edib.
 
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest