İngiltərənin "Derbi Kaunti" komandasının baş məşqçisi açıqlanıb.
 
Matc.az xəbər verir ki, klub baş məşqçi səlahiyyətlərini icra edən Ueyn Runi ilə müqavilə imzalayıb.
 
Onun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
 
Qeyd edək ki, Ueyn Runi 2020-ci ildən "Derbi Kaunti"nin formasını geyinirdi. İngiltərə yığmasının keçmiş üzvü "Mançester Yunayted"dəki çıxışı ilə məşhurlaşıb. O, 2020-ci ilin noyabr ayında Filipp Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest