 
 
	Futbol üzrə İspaniya La Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.
	Matc.az xəbər verir ki, Madrid "Atletiko"su doğma meydanda "Sevilya" ilə üz-üzə gəlib.
	Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. Bu qələbə sayəsində xal hesabını 41-ə çatdıran Madrid təmsilçisi zirvədəki mövqeyini möhkəmləndirib. "Sevilya" isə 30 xalla 6-cı pillədədir.
	İspaniya La Liqası
	1-ci turun oyunu
	12 yanvar
	Atletiko – Sevilya 2:0
	Qol: Korrea, 17. Saul, 76.
				
         	
                                             
               
 
             
 















