Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Matc.az xəbər verir ki, 12 qrupda 24 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı İ qrupunda 1/16 finala ilk vəsiqənin sahibi bəlli olub. “Sivasspor”a 1:0 hesabı ilə qalib gələn “Vilyarreal” qrupda 1-ci yeri təmin edib. Ağdamlılar isə Təl-Əviv “Makkabi”si ilə heç-heçə oynayıb – 1:1.

“Vilyarreal”dan başqa, 13 komanda 1/16 finala vəsiqəni təmin edib. Bunlar “Slaviya”, “Bayer”, “Benfika”, “Reyncers”, “Qranada”, PSV, “Braqa”, “Lill”, “Milan”, “Antverpen”, “Tottenhem”, “Dinamo” (Zaqreb ) və “Srvena Zvezda” klublarıdır.

Qeyd edək ki, “Roma”, “Arsenal”, “Lester” və “Hoffenhaym” 1/16 finala vəsiqəni 4-cü turda təmin etmişdi.

Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur

3 dekabr

G qrupu

AEK (Yunanıstan) – “Braqa” (Portuqaliya) 2:4
Qol: Oliveyra, 31. Vasilantonopulos, 89 – Tormena, 8. Esqayo, 10. Horta, 45. Qaleno, 83.

“Zarya” (Ukrayna) – “Lester” (İngiltərə) 1:0
Qol: Sayyadmaneş, 84.

Lester – 10, Braqa – 10, Zarya – 6, AEK – 3.

H qrupu

“Lill” (Fransa) – “Sparta” (Çexiya) 2:1
Qol: B.Yılmaz, 80; 84 – Kreyçi, 71.

“Milan” (İtaliya) – “Seltik” (Şotlandiya) 4:2
Qol: H.Çalhanoğlu, 24. Kastilyexo, 26. Hauqe, 50. B.Dias, 82 – Roqiç, 7. Eduard, 14.

Lill – 11, Milan – 10, Sparta – 6, Seltik – 1.

İ qrupu

“Qarabağ” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:1
Qol: X.Romero, 37 – Y.Kohen, 22-pen.

“Sivasspor” (Türkiyə) – “Vilyarreal” (İspaniya) 0:1
Qol: Çukvueze, 75.

Vilyarreal – 13, Makkabi – 8, Sivasspor – 6, Qarabağ – 1.

J qrupu

LASK (Avstriya) – “Tottenhem” (İngiltərə) 3:3
Qol: Mixorl, 42. Eggeştayn, 84. Karamoko, 90+3 – Beyl, 45+2-pen. Son, 56. Alli, 87-pen.

“Antverpen” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) 3:1
Qol: Honqla, 19. De Laet, 72. Benson, 87 – Despodov, 53.

Antverpen – 12, Tottenhem – 10, LASK – 7, Ludoqorets – 0.

K qrupu

ÇSKA (Moskva, Rusiya) – “Volfsberger” (Avstriya) 0:1
Qol: Vizinger, 22.

“Feyenoord” (Niderland) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qol: Petkoviç, 45+5-pen. Mayer, 53.

Dinamo – 11, Volfsberger – 7, Feyenoord – 5, ÇSKA – 3.

L qrupu

“Gent” (Belçika) – “Slovan” (Çexiya) 1:2
Qol: Yaremçuk, 60 – Mara, 32. Kaçaraba, 55.

“Srvena Zvezda” (Serbiya) – “Hoffenhaym” (Almaniya) 0:0

Hoffenhaym – 14, Srvena Zvezda – 10, Slovan – 6, Gent – 0.

A qrupu

ÇFR (Rumıniya) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0

“Roma” (İtaliya) – “Yanq Boyz” (İsveçrə) 3:1
Qol: Mayoral, 44. Kalafyori, 59. Dzeko, 81 – Nsame, 34.

Roma – 13, Yanq Boyz – 7, ÇFR – 5, ÇSKA – 2.

B qrupu

“Molde” (Norveç) – “Dandalk” (İrlandiya) 3:1
Qol: Eikrem, 30. Omoyjuanfo, 41. Ellinqsen, 67 – Flores, 90+5.

“Arsenal” (İngiltərə) – “Rapid” (Avstriya) 4:1
Qol: Lakasette, 10. Mari, 18. Nketia, 44. Smit Rou, 66 – Kitaqava, 47.

Arsenal – 15, Molde – 9, Rapid – 6, Dandalk – 0.

C qrupu

“Nitsa” (Fransa) -“Bayer” (Almaniya) 2:3
Qol: Kamara, 26. Ndoye, 47 – Diabi, 22. Draqoviç, 32. Baumqartlinger, 51.

“Slaviya” (Çexiya) – “Hapoel” (Beer-Şeva, İsrail) 3:0
Qol: Sima, 31; 85. Stanku, 36.

Slaviya – 12, Bayer – 12, Nitsa – 3, Hapoel – 3.

D qrupu

“Reyncers” (Şotlandiya) – “Standard” (Belçika) 3:2
Qol: Qoldson, 39. Tavernye, 45+1. Eyrfild, 63 – Lestyenne, 6. Kop, 41.

“Benfika” (Portuqaliya) – “Lex” (Polşa) 4:0
Qol: Vertongen, 36. Nunes, 57. Pizzi, 58. Vayql, 89.

Reyncers – 11, Benfika – 11, Lex – 3, Standard – 3.

E qrupu

“Qranada” (İspaniya) – PSV (Niderland) 0:1
Qol: Malen, 38.

“Omoniya” (Kipr) – PAOK (Yunanıstan) 2:1
Q
ol: Kakulis, 9. Qomes, 84-pen – Tzolis, 39.

Qranada – 10, PSV – 9, PAOK – 5, Omoniya – 4.

F qrupu

“Alkmaar” (Niderland) – “Napoli” (İtaliya) 1:1
Qol
: Martins, 54 – Mertens, 6.

“Real Sosyedad” (İspaniya) – “Riyeka” (Xorvatiya) 2:2
Qol
: Con, 69. Monreal, 79 – Velkovski, 38. Lonkar, 73.

Napoli – 10, Real Sosyedad – 8, Alkmaar – 8, Riyeka – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest