Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Matc.az xəbər verir ki, ikinci dövrənin ilk oyun günündə 12 qrupda 24 oyun baş tutub.

Azərbaycan çempionu “Qarabağ” yer aldığı İ qrupunda “Sivasspor”a məğlub olaraq, növbəti mərhələ şansını itirib. Qrupun digər görüşündə “Vilyarreal” İsraildə Təl-Əviv “Makkabi”si ilə bərabərə qalıb.

Baş tutan qarşılaşmalardan sonra 1/16 finala vəsiqə qazanan ilk 4 komanda müəyyənləşib. “Arsenal”, “Lester”, "Roma" və “Hoffenhaym” qrupdan çıxmağı təmin ediblər.

Avropa Liqası
Qrup mərhələsi

26 noyabr

A qrupu

ÇSKA (Sofiya, Bolqarıstan) – “Yanq Boyz” (İsveçrə) 0:1
Qol: Nsame, 34.

ÇFR (Rumıniya) – “Roma” (İtaliya) 0:2
Qol: Debeljuh, 49-öz qapısına. Veretu, 67-pen.

Roma – 10, Yanq Boyz – 7, ÇFR – 4, ÇSKA – 1.

B qrupu

“Molde” (Norveç) – “Arsenal” (İngiltərə) 0:3
Qol: Pepe, 50. Nelson, 55. Balaqun, 83.

“Dandalk” (İrlandiya) – “Rapid” (Avstriya) 1:3
Qol: Şields, 63-pen – Knasmullner, 11. E.Kara, 37; 58.

Arsenal – 12, Molde – 6, Rapid – 6, Dandalk – 0.

C qrupu

“Nitsa” (Fransa) – “Slaviya” (Çexiya) 1:3
Qol: Quiri, 61 – Linqr, 15. Olayinka, 64. Sima, 75.

“Bayer” (Almaniya) – “Hapoel” (Beer-Şeva, İsrail) 4:1
Qol: Şik, 29. Beyli, 48. Demirbay, 76. Alario, 80 – Şviro, 58.

Slaviya – 9, Bayer – 9, Nitsa – 3, Hapoel – 3.

D qrupu

“Reyncers” (Şotlandiya) – “Benfika” (Portuqaliya) 2:2
Qol: Eyrfild, 7. Rufe, 69 – Ramos, 78. Pizzi, 81.

“Standard” (Belçika) – “Lex” (Polşa) 2:1
Qol: Tapsoba, 63. Laifis, 90+3 – İshak, 61.

Reyncers – 8, Benfika – 8, Lex – 3, Standard – 3.

E qrupu

PSV (Niderland) – PAOK (Yunanıstan) 3:2
Qol: Qakpo, 20. Madueke, 51. Malen, 53 – Varela, 4. Tzolis, 13.

“Qranada” (İspaniya) – “Omoniya” (Kipr) 2:1
Qol: Çarris, 8. Soro, 73 – Asante, 60.

Qranada – 10, PSV – 6, PAOK – 5, Omoniya – 1.

F qrupu

“Alkmaar” (Niderland) – “Real Sosyedad” (İspaniya) 0:0

“Napoli” (İtaliya) – “Riyeka” (Xorvatiya) 2:0
Qol: Anastasio, 41-öz qapısına. Lozano, 75.

Napoli – 9, Alkmaar – 7, Real Sosyedad – 7, Riyeka – 0.

G qrupu

“Braqa” (Portuqaliya) – “Lester Siti” (İngiltərə) 3:3
Qol: Elmusrati, 4. Paulinyo, 24. Franserxio, 90 – Barnes, 9. Tomas, 79. Vardi, 90+5.

AEK (Yunanıstan) – “Zarya” (Ukrayna) 0:3
Qol: Qromov, 61. Kabayev, 76. Yurçenko, 86-pen.

Lester Siti – 10, Braqa – 7, AEK – 3, Zarya – 3.

H qrupu

“Sparta” (Çexiya) – “Seltik” (Şotlandiya) 4:1
Qol: Hançko, 27. Julis, 38; 80. Plavşiç, 90+4 – Eduard, 15.

“Lill” (Fransa) – “Milan” (İtaliya) 1:1
Qol: Bamba, 65 – Kastilyexo, 46.

Lill – 8, Milan – 7, Sparta – 6, Seltik – 1.

İ qrupu

“Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) 2:3
Qol: A.Zubir, 8. U.Matiç, 51 – A.Kone, 40-pen; 79. O.Kayode, 57.

“Makkabi” (Təl-Əviv, İsrail) – “Vilyarreal” (İspaniya) 1:1
Qol: Peşiç, 47 – Baena, 45.

Vilyarreal – 10, Makkabi – 7, Sivasspor – 6, Qarabağ – 0.

J qrupu

LASK (Avstriya) – “Antverpen” (Belçika) 0:2
Qol: Rafaelov, 53. Gerkens, 83.

“Tottenhem” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) 4:0
Qol: Vinisius, 16; 34. Uinks, 63. Lukas, 73.

Tottenhem – 9, Antverpen – 9, LASK – 6, Ludoqorets – 0.

K qrupu

“Volfsberger” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:3
Qol: Bayer, 60. Petkoviç, 75. İvanuşeç, 90+1.

ÇSKA (Moskva, Rusiya) – “Feyenoord” (Niderland) 0:0

Dinamo – 8, Feyenoord – 5, Volfsberger – 4, ÇSKA – 3.

L qrupu

“Gent” (Belçika) – “Srvena Zvezda” (Serbiya) 0:2
Qol: Petroviç, 2. Milunoviç, 58.

“Slovan” (Çexiya) – “Hoffenhaym” (Almaniya) 0:2
Qol: Baumqartner, 77. Kramariç, 89-pen.

Hoffenhaym – 12, Srvena Zvezda – 9, Slovan – 3, Gent – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest