Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki İsrail "Makkabi"si (Təl-Əviv) ilə son ev oyunu da Türkiyədə keçiriləcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikəl məlumat verib.
 
O bildirib ki, qarşılaşma 90 faiz İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda gerçəkləşəcək: "UEFA-dan bizə məktub gəldi ki, hazırlığınızı ona uyğun görün. 10 faiz ehtimalla isə Bakıda keçirilə bilər. Amma bu real görsənmir. Hələ ki, qurumdan bizə tam rəsmi məktub gəlməyib".
 
Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest