"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Türkiyənin "Sivasspor" klubunun prezidenti Məcnun Otyakmaz Ağdam təmsilçisinə qarşı keçirəcəkləri oyundan danışıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Türkiyənin "Sivasspor" klubunun prezidenti Məcnun Otyakmaz Ağdam təmsilçisinə qarşı keçirəcəkləri oyundan danışıb.
 
Matc.az xəbər verir ki, Super Liqanın 10-cu turunda "Fatih Karagümrük"lə heç-heçədən (1:1) sonra yerli mətbuata açıqlama verən 55 yaşlı klub funksioneri bunları deyib:
 
"Avropa Liqası və koronavirus pandemiyasına görə meydana problemli və dəyişik bir heyətlə çıxmışdıq. 70 dəqiqə yaxşı oynadıq və çoxlu sayda qol epizodumuz oldu. Ancaq onları qola çevirmirsənsə, hər hansı bir mənası qalmır. Vurmayana vurarlar prinsipi oldu. Bir penalti epizodu vardı. İzləmədiyim üçün çox şey deyə bilmirəm. Amma mənə VAR hakimkərinin səhv qərar veridiyi barədə zənglər gəldi. Həmin epizodu izləyəcəyəm. Son illər Hüseyin Göçekin təyin olunduğu qarşılaşmalarda problem yaşayırıq. Nə isə baş verir. Təəcüblənirik. İnşallah, düzgün qərar verər.
 
Qarşıdakı çətin matçlar olacaq və heyətdə itkilərimiz var. Böyük uğurları hədəfləyirsinizsə, bu çətinlikləri aşmalısınız. Gələn həftə "Qarabağ"la üz-üzə gələcəyik. Heyətdəki əskiklərə baxmayaraq, "Qarabağ" önünə yaxşı "11-lik"lə çıxacağıq. "Makkabi" ilə matçın final görüşü olması üçün "Qarabağ"la oyunda yaxşı nəticə qazanmalıyıq".
 
Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyət səbəbindən noyabrın 26-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" – "Sivasspor" oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq. Bu komandalar arasındakı ilk oyunda Ağdam klubu 0:2 hesabıyla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest