çempionlar Liqasının (çL) 1/8 final mərhələsində qarşılaşacaq "Liverpul"la "Bavariya" bu turnir çərçivəsində ilk dəfə üz-üzə gələcək. Matç.az saytının məlumatına görə, adıçəkilən Avropa nəhəngləri indiyə qədər çL tarixində heç vaxt qarşılaşmayıblar.

"Bavariya" ingilislərə qarşı son 3 duelini "Arsenal"a qarşı keçirib və hər üçündə qalib gəlib. Maraqlıdı ki, həm "Liverpul", həm də "Bavariya" turnirin 5 qat qalibi olsa da, yolları heç vaxt kəsişməyib.

Həmçinin 1/8 finalın digər maraqlı cütlüyü olan PSJ ilə "Mançester Yunayted" də avrokubok tarixində ilk dəfə rəqib olacaqlar. "Qırmızı şeytanlar" 3 dəfə kuboku muzeyinə aparıbsa, fransızlar hələ "siftə" etməyiblər.

Qeyd edək ki, oyunların tarixi bəlli olmasa da, ilk görüşlərin Liverpul və Mançesterdə keçiriləcəyi dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest