Frankfurtun "Ayntraxt" klubu Almaniya futbolu tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, Bundesliqa təmsilçisi Avropa Liqasının qrup mərhələsində 6 qələbə qazanıb.

Bu, Almaniya klubları üçün mütləq rekorddu. İndiyədək bu ölkənin komandaları avrokubokların qrupunda 100 faizlik nəticə göstərməmişdi.

çempionlar Liqası və ya Avropa Liqasının qrupunda 6 oyunun hamısında qalib gələn ilk Almaniya klubu kimi tarixə düşən "Ayntraxt" "Latsio"nu 4:1 və 2:1, "Apollon"u 2:0 və 3:2, "Marsel"i 2:1 və 4:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest