İspaniyanın “Real” klubunun hücumçusu Luka Yoviç həbs oluna bilər.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna serb futbolçunun ölkəsində karantin qaydalarını pozması səbəb göstərilir. 
 
Mart ayında Belqradda koronavirusla bağlı tətbiq olunan karantin qaydalarını pozan hücumçu 6 aylıq həbs edilə bilər.
 
Serbiya məhkəməsinin bu gün 22 yaşlı futbolçuyla bağlı qərarı açıqlaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest