"Qrup mərhələsində sonuncu oyunumuzdu, rəqibimiz isə İngiltərənin köklü klublarından "Arsenal"dı və gücü hamıya bəllidi". Matç.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, bu sözlə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova məxsusdu.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah "Arsenal"ın qonağı olacaq. Oyunöncəsi mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridi. Sabah da yaxşı çıxış etmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək".

Qeyd edək ki, "Emireyts" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 00:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest