"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyununu şərh edib

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1:1 hesablı heç-heçəyə razılaşdıqları oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
 
"Bu günlərdə hər birimizin fikri cəbhədə, əsgərlərimizin yanındadır. Allahdan şəhidlərimizə rəhmət, igid oğullarımıza isə qələbə üçün güc, qüvvət diləyirəm.
 
Hər iki komanda qalib gələ bilərdi. Arzuolunmaz zədəylə üzləşdik. Bütün hallarda meydanda olmuş hər bir futbolçuma təşəkkür etdim. Biz bura 1 xal arxasınca gəlməmişdik. Qalib gəlmək istəyirdik. Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik. Qalib gələ bilmədikdə, uduzmamağa cəhd etməli idik ki, buna da nail olduq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest