Avropa Liqasının qrup mərhələsinin VI turu Qurban Qurbanov üçün əlamətdar olacaq. Matç.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis baş məşqçisi olduğu "Qarabağ"ın 90-cı avrokubok sınağına çıxaracaq.

"Arsenal"la Londondakı görüşədək komandası ilə 89 dəfə avrokubok duelinə çıxan Qurbanov 35 dəfə qələbə sevinci yaşayıb. 25 dəfə heç-heçə edən "Qarabağ" 29 dəfə meydandan məğlub ayrılıb.

Ağdam klubu Qurbanovun rəhbərliyi altında avrokuboklarda 93 qol vurub. öz qapısından 92 top buraxan təmsilçimiz çətin səfər oyununda müsbət saldonu qorumağa çalışacaq.

Qeyd edək ki, Qurbanovlu "Qarabağ"ın avrokubokdakı ilk matçı 2009-cu ildə baş tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest