Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
"Betis" "Valyadolid"i, "Qranada" "Alaves"i məğlub yola salıb. Səfərdə "Hueska" ilə qarşılaşan "Kadis" də turu qələbə ilə başa vurub. 
 
Son çempion "Real" ikinci tur çərçivəsində səfərdə "Real Sosyedad"ın qonağı olub. Madrid təmsilçisi yeni mövsümdəki ilk oyunundan xal itkisi ilə ayrılıb.
 
"Levante" – "Atletiko", "Sevilya" – "Elçe" və "Atletik" – "Barselona" görüşləri təxirə salınıb.
 
İspaniya La Liqası
2-ci tur
19 sentyabr
 
Vilyarreal – Eybar 2:1
Qol: Moreno, 63. Alkaser, 71 – Kike, 50.
 
Xetafe – Osasuna 1:0
Qol: Mata, 54.
 
Selta – Valensiya 2:1
Qol: Aspas, 13; 57 – M.Qomes, 46.
 
20 sentyabr
 
Hueska – Kadis 0:2
Qol: Neqredo, 11. Pombo, 83.
 
Betis – Valyadolid 2:0
Qol: N.Fekir, 10. Karvalyo, 18.
 
Qranada – Alaves 2:1
Qol: Soldado, 7. Maçis, 79 – Xoselu, 22.
 
Real Sosyedad – Real 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest