"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, əyalət klubunun çalışdırıcısı 0:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- İki fərqli hissə nümayiş etdirdik. İlk hissədə komanda istədiyimiz futbolu bizə vermədi. İkinci hissədə istədiyim "Qəbələ" meydanda idi. Bilirəm, çatışmazlıqlarımız var, ancaq zamana da ehtiyacımız var. Getdikcə yaxşı komanda görəcəyik.
 
- Hər iki hissədə daha yaxşı oynayan "Qəbələ" idi, ancaq fərqlənən "Sabah" oldu...
- Komandamız yenidir. Təzə gələn futbolçular var və indi onlardan daha artığını tələb edə bilmərik. Zaman keçdikcə daha yaxşı olacağıq.
 
- Cavid Hüseynovun daha az vaxt almasına səbəb nə idi?
- Əlimizdə olan bütün futbolçulara ehtiyacımız var. İndi Cavidin durumu ona bu qədər oynamasına imkan yaradırdı.
 
- Qolları səhvlərdən buraxdınız. Bu, təkcə yeni gələnlərə görə olmamalıdır, başqa da səbəbləri olmalıdır...
- Yeni qoşulanlar var və xəttlər arası əlaqə yoxdur.
 
- Görünür ki, komandanın əsas problemi son nöqtəni qoymaqla bağlıdır. Neçə tur lazımdır ki, ideal "Qəbələ" görək?
- İkinci hissədə meydanda daha yaxşı idik. İstəmirəm ki, komandam müdafiədə otursun. Hücumçuya ehtiyacımız var və büdcəyə uyğun transfer edəcəyik. Yeni transferimiz bəlkə də, bu çempionatın tapıntısıdır. Amma yenicə gəlib və komandaya uyğunlaşmalıdır.
 
- Cari mövsüm üçün hədəfləriniz nələrdir?
- Bizi ilk olaraq maraqlandıran Avroliqa deyil, komandanın formalaşmasıdır. Komanda daha yaxşılaşsa, iddialarımız da böyüyə bilər.
 
- ötən mövsümə nisbətən "Sabah" güclənib, yoxsa "Qəbələ" zəifləyib?
- Mən komandama cavabdehəm. Düşünürəm ki, "Qəbələ" daha güclənib və komandamın daha da yaxşı olacağına inanıram. Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışırıq. Düzdür, əlimizdə "vuran ayaq" yoxdur. İrəlidə oyunumuzu daha da genişləndirəcəyik.
 
- Sosial şəbəkələrdə Anar Nəzirov tənqid olunur. Onunla bağlı nə deyə bilərsiz?
- Futbol səhvlərlə dolu olan bir oyundur. Kimisə qıraqdan tənqid etmək asandır. Anar bizim əsas futbolçularımızdan biridir və ona sona kimi inanacam.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest