Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun daha bir oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanı UEFA çempionlar Liqasında təmsil edən son ölkə çempionu "Qarabağ" "Sabah"ı qəbul edib. 
 
Komandalar bu oyuna qədər çempionatda 7 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də "Qarabağ" qələbə qazanmışdısa, 3 görüş heç-heçə başa çatmışdı. "Sabah" hələ ki, rəqibinə qalib gələ bilməmişdi. Elə bu oyunda da "Qarabağ" sevinən tərəf olub. Beləcə, son çempion yeni mövsümə də 3 xalla başlayıb.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə dünən start verilib. Açılış oyununda "Keşlə" səfərdə "Sumqayıt"ı 1:0 məğlub edibsə, "Neftçi" evdə "Səbail"dən üstün olub – 2:1. Tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
1-ci tur
22 avqust
 
Qarabağ - Sabah 2:0
Qol: M.Emreli, 45; 68.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. "Azersun Arena".
 
Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 60. Abbas Ağazadə, 38. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Visente Qomes.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest