Futbol üzrə İngiltərə Premyer Liqasında iyul ayının ən yaxşı oyunçusu və məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
"Vest Hem"in hücumçusu Maykl Antonio ötən ayın ən yaxşı futbolçusu elan edilib. 30 yaşlı hücumçu iyulda iştirak etdiyi 7 oyunda 8 qol vurub.
 
İyul ayının ən yaxşı baş məşqçisi isə "Sauthempton"un çalışdırıcısı Ralf Hasenhüttl seçilib. Ralfın rəhbərlik etdiyi komanda Premyer Liqada ötən ay keçirdiyi 6 oyunun heç birində məğlub olmayıb (3 qələbə, 3 heç-heçə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest