Azərbaycan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi heyətinə düşüb.

Matc.az xəbər verir ki, yığmamızın üzvü VI turda "El Paso"ya qarşı oyunda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı forvard bu performansı ilə ən yaxşı "11-lik"də yer alıb.

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm vurduğu 4 qolla bombardirlərin siyahısında 2-ci pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest