Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) II turun oyunları keçirilib. Matc.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Foneks Rayzinq” komandası doğma meydanda “La Qalaksi II” kollektivi ilə üz-üzə gəlib.

Ev sahibi görüşdən 4:0 hesabı ilə qalib ayrılıb. Rüfət oyuna start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Belə ki, klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda yığmamızın üzvünün çıxış etdiyi “Foneks Rayzinq” 6 xalla 2-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest