Avropa Liqasının qrup mərhələləsində "Qarabağ" üzərində qələbə qazanan "Sportinq" 1/16 finala adlayıb. Matç.az saytının məlumatına görə, bu qalibiyyət Portuqaliya klubunun tarixinə düşüb.

Belə ki, "Sportinq" 17 ildən sonra avrokuboklarda ilk dəfə 6:1 hesabı ilə qalib gəlib və rekordunu təkrarlayıb. Lissabon təmsilçisi sonuncu dəfə əvvəlki adı UEFA Kuboku olan bu turnirdə eyni hesabla qələbə qazanmışdı.

2001-02 mövsümünün II mərhələsində İsveç "Halmstad"ı Portuqaliya səfərindən 1:6 hesablı məğlubiyyətlə dönmüş, Mario Jardel het-trikə imza atmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest