Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İngiltərə "Arsenal"ı itki ilə üzləşib. Matç.az saytı xəbər verir ki, London klubunun müdafiəçisi Rob Holdinq cəzalı duruma düşüb.

23 yaşlı futbolçu VI turun "Qarabağ"la ev oyununa buraxılmayacaq. Buna onun 3-cü sarı vərəqəsini alması səbəb olub. "Vorskla" ilə Ukraynadakı görüşdə (3:0) aldığı xəbərdarlıq Robun qarşısında "qırmızı işıq" yandırıb və dekabrın 13-də "istirahət edəcək".

Qeyd edək ki, Holdinq qrup mərhələsinin bütün matçlarında iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest