Avropa Liqasının qrup mərhələsinin V turu daha 6 komandanın 1/16 finala vəsiqəni təmin etməsi ilə nəticələnib. Matç.az saytı xəbər verir ki, bunlar Ukrayna "Dinamo"su, Avstriya "Zalsburq"u, Rusiya "Zenit"i, Türkiyə "Fənərbaxça"sı, Portuqaliya "Sportinq"i və İspaniya "Betis"idi.

Bununla da qrupdan çıxanların sayı 13-ə çatıb. ötən turda İngiltərə "çelsi"si və "Arsenal"ı, Almaniya "Bayer"i və "Ayntraxt"ı, İsveçrə "Sürix"i, İtaliya "Latsio"su və Xorvatiya "Dinamo"su bunu rəsmiləşdirmişdi.

V tur 6 komandanın qrup birinciliyini rəsmiləşdirməsi ilə başa çatıb. "Zalsburq", "Zenit", "Arsenal", "Ayntraxt" və hər iki "Dinamo" öz qrupunda ən yaxşı adını təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest