"Mançester Yunayted" "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqlə maraqlanır. Matc.az "The İndependent"ə istinadla xəbər verir ki, UEFA-nın "şəhərlilər"ə verdiyi cəza bir neçə oyunçunun komandanı tərk etməsini səbəb ola bilər.

Məlumata görə, "qırmızı şeytanlar" ingiltərəli hücumçunun agenti ilə təmasa keçməyə hazırlaşır. Ancaq futbolçunun "Mançester Siti" barədə İdman Arbitraj Məhkəməsinin (CAS) cavabını gözlədiyi bildirlir.

Əgər "şəhərlilər"in avrokuboklardan kənarlaşdırılma qərarı qüvvədə qalsa, Sterlinqin də "Mançester Yunayted"ə keçə biləcəyi ehtimal edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest