Futbol üzrə Almaniya Bundesliqasında 29-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
 
Lider “Bavariya” bu turda Düsseldorf “Fortuna”sını qəbul edib. Rəqibini 5 cavabsız qolla məğlub edən Münhen klubu zirvədəki mövqeyini qoruyub. “Herta” da “Auqsburq”u 2 cavabsız qolla yenib.
 
“Maynts” evdə “Hoffenhaym”a, “Şalke” “Verder”ə, “Volfsburq” isə “Ayntraxt”a uduzub.
 
Almaniya Bundesliqası
29-cu tur
29 may
 
Frayburq – Bayer 0:1
Qol: Haverts, 54.
 
30 may
 
Herta – Auqsburq 2:0
Qol: Dilrosun, 23. Pyontek, 90+3.
 
Maynts – Hoffenhaym 0:1
Qol: Bebu, 43.
 
Şalke – Verder 0:1
Qol: Bittenkur, 32.
 
Volfsburq – Ayntraxt 1:2
Qol: Mbabu, 58 – A.Silva, 27-pen. D.Kamada, 85.
 
Bavariya – Fortuna 5:0
Qol: Yorgensen, 15-öz qapısına. Pavard, 29. Levandovski, 43; 50. A.Deyvis, 52.
 
31 may
 
17:30 Borussiya (Münhenqladbax) – Yunion
20:00 Paderborn – Borussiya (Dortmund)
 
1 iyun
 
22:30 Köln – Leyptsiq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest