"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba karyerasını İspaniyada davam etdirə bilər. Matc.az “The Sun”a istinadən xəbər verir ki, Madrid klubu fransalı oyunçu üçün 4 futbolçusunu verməyə hazırdır.

Məlumata görə, “kral klubu” Poqbaya qarşılıq Martin Edeqor, Xames Rodrigez, Lukas Vaskes və Mariano Diası Premyer Liqa təmsilçisinə təklif edəcək. Yarımmüdafiəçinin İngiltərəni tərk etməyə müsbət yanaşdığı bildirilir. 

Qeyd edək ki, 27 yaşlı oyunçu cari mövsümdə "Mançester Yunayted"də 8 oyun keçirib. O, ayaq biləyindən zədə aldığı üçün uzun müddət meydanlardan kənar qaldı. Poqbanın mövsüm bərpa olunanda tam hazır olacağı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest