"Klubla müqavilə imzalayandan sonra məni başqa bir agentə dəyişdi. Bu, onun insanlığını göstərir. Belə bir insanla işləyə bilmərsiniz"

Futbol agenti Palesa Mkhize "Səbail"in legioneri Hendrik Ekşteynlə yollarını ayırması barədə danışıb. Matc.az xəbər verir ki, o 29 yaşlı futbolçunu Avropaya aparsa da, oyunçu onu tərk edib:

"Klubla müqavilə imzalayandan sonra məni başqa bir agentə dəyişdi. Bu, onun insanlığını göstərir. Belə bir insanla işləyə bilmərsiniz. O, ikinci dəfə mənə eyni şeyi etdi. Futbolçularla danışanda oyunlarını inkişaf etdirməli olduqlarını deyirəm. Ekşteyn "Kayzer çifs"də son 6 ay yaxşı çıxış etdi. Sonra ölkə xaricinə yollandı və bunlar baş verdi. Mənə qarşı haqsızlıq etdi. Bir daha Ekşteynlə çalışmayacam. Ancaq yenə də ona uğurlar arzulayıram".

Qeyd edək ki, Hendrik Ekşteyn ötən yay Cənubi Afrikanın "Kayzer çifs" klubundan "Sabah"a keçsə də, qış fasiləsində bu klubla yollarını ayıraraq "Səbail"ə transfer olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest