"Cəmi 2-3 matçda meydana çıxdım. Niyə bu qədər az oynadığımı bilmirəm. Maraqlı idi ki, mən və İspaniyadan olan oyunçular nadir hallarda meydana çıxırdıq"

"Səbail"in futbolçusu Maykl Esyen 2015-ci ildə Yunanıstan "Panatinaikos"una transferi barədə danışıb. Matc.az xəbər verir ki, o, baş məşqçi Andrea Stramaççioninin rəhbərliyi altında az oynamasına da diqqət çəkib:

"Cəmi 2-3 matçda meydana çıxdım. Niyə bu qədər az oynadığımı bilmirəm. Maraqlı idi ki, mən və İspaniyadan olan oyunçular nadir hallarda meydana çıxırdıq. Mətbuatda davamlı baş məşqçi ilə problemim olduğu yazılırdı. Ancaq daha sonra hər şey məlum oldu. Stramaççino klubun maddi problemlə üzləşdiyini və bu səbəbdən oynamadığımı söylədi. Bu, onun qərarı deyildi".

Qeyd edək ki, Qana millisinin sabiq üzvü 2019-cu ilin martından "Səbail"də çıxış edir. O, eyni zamanda Bakı klubunun U-19 komandasının məşqçilər heyətində də yer alır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest