Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci mövsümünü keçirən "Zirə" indiyədək 11 rəqiblə qarşılaşıb.
 
Matc.az xəbər verir ki, "qartallar" 4 komanda ilə daha çox – hərəsi ilə 19 dəfə üz-üzə gəlib. Bunlar "Sumqayıt", "Keşlə", "Qəbələ" və "Qarabağ"dı.
 
"Zirə"nin ən çox qalib gəldiyi rəqib "Sumqayıt"dı – 10 dəfə. Komandanın ən çox qol vurduğu, ən yaxşı top fərqinə malik olduğu və xal qazandığı rəqib də "Gənclik şəhəri" təmsilçisidi. "Qəbələ" və "Keşlə" ilə görüşlərdə isə daha çox – 8 heç-heçə qeydə alınıb. "Zirə" üçün ən münasib rəqib "Xəzər Lənkəran" olub. "Qartallar" bu rəqiblə görüşlərdə 100 faizlik nəticə göstərib: 4 oyunda 4 qələbə.⁣
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest