Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu Azərbaycan və Portuqaliya klublarının avrokuboklarda 2-ci qarşılaşması olacaq. Matç.az saytı xəbər verir ki, indiyədək təmsilçilərimiz pireneylilərlə yalnız bir dəfə üz-üzə gəlib.

Bu da elə "Qarabağ"ın "Sportinq"lə Lissabondakı görüşü olub. Cari mövsümdə qrupun ilk turunda təmsilçimiz 0:2 hesabı ilə uduzub.

Bunadək isə iki ölkə klubları avrokuboklar çərçivəsində qarşılaşmamışdı. Azərbaycan çempionunun vuracağı qol bu duellərdə futbolçularımızın ilk sevinci olacaq.

Qeyd edək ki, "Qarabağ" 5 turdan sonra 3 xala qrupda 4-cü yerdədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest