İngiltərənin “Nyukasl” klubunun və Peru yığmasının keçmiş futbolçusu Nolberto Solano polis tərəfindən saxlanılıb.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Solano Perunun Lima şəhərində bir partidə görüntülənib və küçəyə çıxmaq qadağasına əməl etmədiyi üçün saxlanılıb.
 
Peruda koronavirus pandemiyasına görə saat 21:00-dan sonra küçəyə çıxmaq qadağan olunub.
 
Solano 1998-2004-cü illər aralığında “Nyukasl”da çıxış edib. Keçmiş yarımmüdafiəçi 95 dəfə Peru milli komandasının formasını geyinib. Solano hazırda yığmada məşqçi kimi çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest