"İnter"in hücumçusu Lautaro Martines karyerasını İspaniyada davam etdirə bilər. Matc.az "Tuttosport"a istinadən xəbər verir ki, "Barselona" oyunçu ilə razılığa gəlib.

Məlumata görə, Kataloniya klubunun nümayəndələri argentinalı futbolçu ilə görüşüblər. Rəsmi müqavilənin yayda bağlanacağı bildirilir. Bu transfer üçün "Barselona" "İnter"ə 111 milyon avro ödəyəcək.

Bundan öncə İtaliya təmsilçisinin baş məşqçisi Antonio Konte Martinesin komandada qalmağını istədiyini bildirmişdi. Ancaq oyunçunun İtaliyadan ayrılmaq qərarına gəldiyi vurğulanır.

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm komandası ilə keçirdiyi 22 oyunda 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest