Almaniyanın “Leyptsiq” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Tottenhem”i 3:0 hesabıyla (ilk oyun 1:0) məğlub edib.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşma “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsman üçün əlamətdar olub. Bu barədə Çempionlar Liqasının mətbuat xidməti məlumat yayıb. Belə ki, 32 yaşlı mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin hər iki matçını qazanan ən gənc baş məşqçi olub.
 
Naqelsmanın rəhbərlik etdiyi “Leyptsiq” klub tarixində ilk dəfə ÇL-də 1/4 finala vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest