Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilir.

Matc.az xəbər verir ki, "Valensiya" doğma meydanda "Atalanta"nı qəbul edib. İtaliya təmsilçisi ilk oyunda 4:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələ üçün yaxşı imkan əldə etmişdi. Cavab görüşü də kifayət qədər məhsuldar alınıb. İliçiçin pokerə imza atdığı görüşdən yenə qalib ayrılan İtaliya təmsilçisi 1/4 finala yüksəlib.

Gecənin digər matçında isə "Tottenhem" "Leyptsiq"in qonağı olub. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası növbəti mərhələyə yüksəlmək üçün Almaniyada daha böyük hesabla uduzaraq mübarizəni dayandırıb.

 

Çempionlar Liqası, 1/8 final


“Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) 3:4
Qol: Qameyro, 21; 51. Torres, 67 – İliçiç, 3-pen; 43-pen; 71; 82.
İlk oyun – 1:4
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu

Valensiya: Sillesen, Vass, Dyaxabi, Qayya, Koklen, Kondoqbiya, Soler, Torres, Parexo, Qameyro, Rodriqo.
Atalanta: Sportello, Kaldara, Palomino, Qosens, Hatebor, Cimşiti, De Roon, Froyler, Qomes, Paşaliç, İliçiç.


“Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) 3:0
Qol: Zabitser, 10; 21. Forsberq, 87.
İlk oyun – 1:0
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”

Leyptsiq: Qulaçi, Klostermann, Upamekano, Myukile, Anxelinyo, Halstenberq, Laymer, Zabitser, Nkunku, Şik, Verner.
Tottenhem: Lyoris, Orye, Aldeveyreld, Dayer, Uinks, Tanqanqa, Lo Çelso, Sessenyon, Alli, Lamela, Moura.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest