Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq.
 
“Qırmızı-qaralar” tarixdə 13-cü dəfə Bakı təmsilçisi ilə görüşəcək. İndiyədək iki rəqib arasında 12 matç baş tutub. Bu qarşılaşmalarda üstünlük “Qəbələ”nin tərəfindədi. 7 dəfə paytaxt təmsilçisinə qalib gələn “Qəbələ” 3 heç-heçə edib və 2 matçda uduzub. Rəqib qapısından 23 top keçirən əyalət futbolçuları 11 qol buraxıblar. Komandanın ən yaxşı bombardiri “Səbail”in qapısına 6 qol vuran Baqali Dabodu. Famussa Kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.
 
Əvvəlki oyunlardan ikisi Azərbaycan kuboku, onu Premyer Liqa çərçivəsində keçirilib. Çempionatdakı görüşlərdən beşində qələbə qazanan “Qəbələ” üç heç-heçə edib və iki dəfə uduzub. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədi – 18:9.  Səfərdəki 6 matçda 2 qələbə və 2 heç-heçəsi olan komanda 2 dəfə məğlub olub. Rəqib meydanında 10 qola sevinən “Qəbələ” futbolçuları 8 top buraxıblar.
 
Xatırladaq ki, fevralın 16-da keçiriləcək “Səbail” – “Qəbələ” görüşünə saat 16:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest