"Neftçi" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Qarabağ"la qarşılaşacaq. Matc.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Neftçi" matçında "ağ-qaralar"ın azarkeşləri 5-ci və 6-cı sektorlarda yer alacaqlar. 
 
Bu sektorlar üçün biletin qiyməti 1 AZN təşkil edir.
 
"Qarabağ" – "Neftçi" oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest