"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım. Ruslan Qurbanovun oynamaması bizim üçün böyük itki idi. Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. "Qəbələ" komandasına isə gözəl oyuna görə təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest