"Neftçi"nin yarımmüdafiəçisi Saman Nərimancahan Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, iranlı futbolçu heç-heçəyə (1:1) görə məyusluğunu gizlətməsə də, bu matçı unudub, növbəti oyuna köklənməyin vacib olduğunu bildirib:
 
"Bir nəfər azlıqda qaldığımızı nəzərə alsaq, heç-heçəni pis nəticə hesab etməmək olar. Bununla belə, qələbə qazanmadığımız üçün məyusuq. çünki meydana yalnız 3 xal üçün çıxmışdıq. Alınmadı. Artıq irəliyə baxmalıyıq. Qarşıda "Qarabağ"la oyunumuz var. Güclü rəqib olduğunu bilirik. Bununla belə, hər görüş fərqli olur. Bu oyunu unudub, növbəti matça köklənməliyik. çalışacam ki, ən qısa zamanda komandama faydalı olum və qollarımla, məhsuldar ötürmələrimlə azarkeşlərin rəğbətini qazanım".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest