"Yuventus"un baş məşqçisi Maurisio Sarri İtaliya mətbuatına açıqlama verib. Matç.az  xəbər verir ki, təcrübəli çalışdırıcı komandanın ulduzu Ronaldo barəsində də danışıb:

"Ronaldoya altıncı dəfə "qızıl top"u qazanması üçün kömək etmək istəyirəm. Kiminsə ondan çox titul qazandığını görmək əsəbvericidir. Gələcəkdə isə Dibala özünə bu hədəfələri seçə bilər. İnanıram ki, argentinalı da gələcəkdə dünya futboluna iz qoya biləcək".

Qeyd edək ki, ötən ilin dekabrında  "qızıl top" mükafatını 6-cı dəfə Leo Messi qazanıb. Kristiano isə bu mükafata beş dəfə yiyilənib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest