Basketbol üzrə Azərbaycan Super Liqasında 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha üç görüş baş tutub.
 
"Atletik" "Sıçrayış"a qalib gəlibsə, "Zirvə" "80-lər" üzərində qələbəyə sevinib. "Sərkərdə" ilə qarşılaşan "Gəncə" də turu qələbə ilə başa vurub.
 
Xatırladaq ki, ilk oyun günündə "Atom" "Xırdalan"a qalib gəlmişdi – 72:63.
 
Azərbaycan Super Liqası
9-cu tur
7 dekabr
 
Atletik - Sıçrayış 90:50 (22:18, 26:12, 24:10, 18:10)
Zirvə - 80-lər 114:85 (30:20, 37:17, 21:19, 26:29)
Sərkərdə – Gəncə 83:106 (12:18, 25:38, 22:32, 24:18)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest