"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı hələ qərar verməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu mövsümün sonuna qədər komandasını dəyişməyəcək.

"Yuventus" və "Real"ın maraq dairəsində olan Fransa millisinin üzvü mövsümün sonunda ayrılmağı planlaşdırır. Həmçinin onun formasını geyinməyi arzuladığı "Real" da qış fasiləsində Poqbanın transferində maraqlı olmayacaq. İspanlar yalnız gələn yay bu məsələ ilə bağlı danışığa başlayacaq.

Qeyd edək ki, uzun müddətdi zədədən əziyyət çəkən Pol Poqba bu mövsüm 5 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest