"Şenol Günəş şans versə, Avropa çempionatında millinin heyətində yer almağı çox istəyirəm. Bu, hər kəsin hədəfi, xəyalıdı". Matc.az saytının məlumatına görə, bunu Türkiyə millisinin yarımmüdafiəçisi Dəniz Türüc deyib.

26 yaşlı orta sahə oyunçusu "Sabah" qəzetinə müsahibəsində komandasının AVRO-2020-dəki şanslarını dəyərləndirib. "Fənərbaxça"nın üzvü yer aldıqları A qrupundan çıxmaq istədiklərini vurğulayıb.

Türüc iki oyunu Bakıda keçirməyin onlar üçün üstünlük olacağını düşünür: "çətin qrupdu, amma imkansız heç nə yoxdu. Azərbaycanda keçirəcəyimiz oyunlarda ev sahibi kimi olacağıq. İtaliya ilə açılış matçında uğurlu başlanğıc etsək, qrupdan çıxmaq şansımız yüksək olar. Hədəfimiz ilk iki yerdən birini tutaraq, növbəti mərhələyə adlamaqdı. Daha sonra da bacardığımız qədər irəliləmək istəyirik. AVRO-2020-yə getmək üçün artıq savaşacağıq. O heyətdə yer almalıyam".

Qeyd edək ki, qrupda ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest