AFFA-nın Hakimlər Departamentinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb. Matç.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı UEFA Avropa Liqası turnirinin qrup mərhələsində iş başında olacaq.

O, noyabrın 29-da keçiriləcək "Zenit" (Rusiya) – "Kopenhagen" (Danimarka) oyununun hakim-inspektoru təyin edilib. Matç Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest