"Zədədən sonra oyuna qayıtmağıma çox şadam, bu tamamilə xüsusi hissdi". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in qapıçısı Aeksandr Rıbka deyib.

Qəsəbə təmsilçisi Premyer Liqanın XIII turu çərçivəsində dekabrın 1-də "Neftçi" ilə qarşılaşacaq.

Oyunöncəsi klubun rəsmi saytına danışan Rıbka 8 oyunluq məğlubiyyətsizlik seriyasına son qoymaq niyyətində olduqlarını söyləyib: "İndi fikirlərimiz yalnız "Neftçi" ilə növbəti oyuna bağlıdı. Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır".

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest