"Sabah" klubu Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"la keçiriləcək oyunda yeniliyə imza atacaq. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi 4 azarkeşi əliboş göndərməyəcək.

Belə ki, oyunu "Bank Respublika Arena"da izləyənlər arasında 3 nəfər titul sponsoru olan Bank Respublikadan 100 manat qazancaq, 1 nəfər isə akademiyanın sponsoru Maxi.az-dan televizor əldə edəcək.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Sabah" - "Qarabağ" qarşılaşması saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest